Səbət yığılır…

Daxil ol
Pulsuz başla
+ + + + +

Sosial şəbəkə mağazan üçün ağıllı satış köməkçisi

Hər gün sosial şəbəkələrdə minlərlə alıcı…

aysel_07+
nigar.loverqiymət?
rufat_mneçəyədir? 🥺
kamran_88+
leyla.spm pls 🙏
sevinc.styleqiymət yazın də!!
tural.az+++
elvin.07hələ cavab yoxdur? 😤

…və hamısı cavab gözləyir.

1 / 4 · Qiymət

Hələ də qiymət üçün“+” yazıb gözləyirsən???

Yoxsa DM‑ə yazıb qarşı tərəfin insafına qalırsan?

Püff. 🙄

Gəl MySell‑ə. Qiymət bizdə varsa, anında səndədir. Yoxdursa? Biz soruşarıq 😉

MySell · 0.4 san sonraSalam Aysel! Air Max 90 · 129 ₼. Ölçülər 38–43 var. Sifariş edək? 😉

2 / 4 · Yorğunluq

Gündə 200 dəfə“neçəyədir?” sualınacavab verirsən?

Gecə saat 3‑də də. Bayramda da. Nahar edəndə də.

Barmaqlara yazıq deyil? 😮‍💨

MySell hər postu tanıyır: qiymət, ölçü, stok. 7/24 cavab verir, sən yatanda belə. Sən sadəcə sat 😎

MySell · gecə 02:47247 sualın 247‑si cavablandı. Sabahın xeyir 😴

3 / 4 · İtən müştəri

Baxdı. Bəyəndi.Getdi.

Və bir daha qayıtmadı. Tanış gəldi?

Bizdə getmir. 🔥

MySell maraqlanan alıcıya 24 saatlıq şəxsi endirim kodu göndərir. Kiçik bir QR bilet, və o qayıdır 🎟️

MySell · yeni sifarişAysel qayıtdı 🛍️ MYS‑7K2Q kodu ilə Air Max 90 aldı.

4 / 4 · Kor‑koranə satış

Hansı post satır,hansı sadəcə like yığır?Bilirsən?

Təxminlə mağaza idarə olunmur.

Təxmin etmə. Bil. 🤓

Hər sual, hər maraqlanan alıcı, hər endirim kodu bir paneldə. Nə satır, görürsən. Nə satmır, onu da.

MySell · həftəlik xülasəAir Max 90 bu həftə 312 dəfə soruşulub. Stoku artır 🔥

Son dayanacaq

Satışa hazırsan?

Sosial şəbəkə mağazanı MySell‑ə qoş. Qiymət soruşanlara bot cavab versin, sən satışla məşğul ol.

Necə işləyir

3 addımda başla

Quraşdırma, kod, proqramçı lazım deyil. Hər şey paneldən bir neçə dəqiqəyə qurulur.

  1. 1

    Instagram-ı qoş

    Mağazanın Instagram hesabını panelə bağla — DM-lər və şərhlər MySell-ə gəlsin.

  2. 2

    Məhsulu posta bağla

    Qiyməti, ölçüləri və stoku bir dəfə yaz, postu məhsula bağla.

  3. 3

    Alıcı yazanda bot cavab versin

    Qiyməti və şəxsi endirim kodunu DM-də özü göndərir. Sən yalnız satışı təsdiqləyirsən.

Funksiyalar

Bir paneldə bütün satış alətləri

Sual-cavabdan loyallığa qədər: istədiyin modulu aç, qalanı gözləsin.

M·01

DM bot

«Qiymət?» yazana bot qiyməti, ölçüləri və stoku anında DM-də göndərir — gecə də, bayramda da.

M·02

Şərh trigger-ləri

Postun altına «+» və ya açar söz yazana avtomatik DM gedir; istəsən şərhə də cavab yazılır.

M·03

Satış kodu və «Yoxla»

Alıcı şəxsi kod alır. Kassada kodu paneldə və ya telefon kamerası ilə yoxlayıb satışı təsdiqləyirsən.

M·04

Kampaniyalar

Məhsula və ya kateqoriyaya müddətli endirim qoy — bot yeni qiyməti özü deyir.

M·05

Loyallıq kartı və səviyyələr

Alıcı QR kart alır, alış etdikcə səviyyəsi qalxır və endirimi artır.

M·06

Analitika

Hansı post soruşulur, kim kod aldı, kim aldı — çevrilmə bir baxışda.

M·07

Missiyalar

«3 alış et» və ya «müəyyən məbləğə alış et» tapşırığı ver — tamamlayan mükafat kuponu qazanır.

M·08

Çəkilişlər

Şəffaf çəkiliş keçir: iştirakçılar, qaliblər və mağazanın ictimai çəkiliş səhifəsi.

M·09

Satıcı şəbəkəsi

Satıcılar sənin məhsulunu öz səhifələrində satır, komissiya avtomatik hesablanır.

M·10

Telegram və WhatsApp

Yeni sorğu Telegram-a bildiriş kimi düşür; alıcı mağazaya WhatsApp linki ilə də yaza bilir.

M·11

Bir neçə dildə cavab

Məhsul və mesajlar mağazanın seçdiyi dillərdə (AZ, EN, RU…) — alıcı dilini DM-də özü seçir.

M·12

Alıcı paneli

Alıcı MySell ID ilə kodlarını, kartını və kuponlarını bir yerdə görür.

Panel

Panel belə görünür

Sorğular, kodlar və satışlar bir yerdə. Telefondan da rahat işləyir.

MySell paneli: analitika səhifəsi MySell paneli: sorğular siyahısı MySell paneli telefonda

Nümunə (test) məlumatları ilə çəkilmiş ekran görüntüləri — real müştəri məlumatı yoxdur.

Kimlər üçün

Hansı mağazaya uyğundur?

Instagram-da məhsul satan istənilən mağazaya. Ən çox bu sahələr istifadə edir:

Sahəni seç — demo müraciətində avtomatik qeyd olunur.

Tariflər

Pulsuz başla, böyüdükcə keç

Bütün yeni hesablar Bürünc tarifdə açılır. Limitlər hər mağaza üçün ayrıca sayılır; limit dolanda məlumatların silinmir.

Bürünc

Pulsuz

  • Alt kateqoriya sayı (mağaza üzrə)2
  • Seçim siyahısı sayı (mağaza üzrə)2
  • Aktiv/planlaşdırılmış kampaniya1
  • Aktiv missiya2
  • Aylıq çəkiliş sayı1
  • Bir çəkilişdə maksimum iştirakçı300
  • AI tərcümələr (ayda)300
Pulsuz başla

Gümüş

Qiymət tezliklə

  • Alt kateqoriya sayı (mağaza üzrə)5
  • Seçim siyahısı sayı (mağaza üzrə)5
  • Aktiv/planlaşdırılmış kampaniya3
  • Aktiv missiya5
  • Aylıq çəkiliş sayı3
  • Bir çəkilişdə maksimum iştirakçı1000
  • AI tərcümələr (ayda)3000
Maraqlanıram

Qızıl

Qiymət tezliklə

  • Alt kateqoriya sayı (mağaza üzrə)10
  • Seçim siyahısı sayı (mağaza üzrə)10
  • Aktiv/planlaşdırılmış kampaniyaLimitsiz
  • Aktiv missiyaLimitsiz
  • Aylıq çəkiliş sayıLimitsiz
  • Bir çəkilişdə maksimum iştirakçıLimitsiz
  • AI tərcümələr (ayda)Limitsiz
Maraqlanıram

Gümüş və Qızıl tariflərin qiyməti tezliklə açıqlanacaq. Maraqlanırsansa, aşağıdakı formadan yaz.

FAQ

Tez-tez verilən suallar

Instagram hesabım təhlükədədirmi?

Xeyr. Şifrəni MySell-ə vermirsən: hesab rəsmi Instagram (Meta) qoşulması ilə bağlanır. Qoşulmanı istənilən vaxt Instagram parametrlərindən ləğv edə bilərsən.

Ödənişlidir?

Bürünc tarif pulsuzdur və bütün yeni hesablar onunla açılır. Gümüş və Qızıl tariflərin qiyməti tezliklə açıqlanacaq.

Öz Instagram səhifəm üçün işləyir?

Bəli. Mağazanın öz Instagram hesabını panelə qoşursan; bot alıcılara sənin mağazanın məhsulları və qiymətləri ilə cavab verir. Qoşulma addımlarını panel özü göstərir.

WhatsApp və Telegram ilə işləyir?

Telegram-da yeni sorğular barədə bildiriş alırsan, alıcılar da Telegram bot ilə yaza bilir. WhatsApp-da hazırda alıcı mağazaya «yaz» linki ilə müraciət edir.

Satıcı (reseller) necə qoşulur?

Satıcı MySell-də öz satış mağazasını açır və sənə tərəfdaşlıq sorğusu göndərir. Təsdiqləyəndən sonra sənin məhsullarını öz səhifəsində satır; satışlar və komissiya hər iki paneldə görünür.

Məlumatlarım harada saxlanılır?

Avropa İttifaqındakı serverlərdə. Məlumatlar üçüncü tərəflərə satılmır; silinmə qaydası «Məlumatların silinməsi» səhifəsindədir.

Alıcı nəsə quraşdırmalıdır?

Xeyr. Alıcı Instagram-da adi qaydada yazır, cavabı və kodu DM-də alır. İstəsə MySell ID ilə kodlarını, kartını və kuponlarını bir yerdə görür.

Kimsən?

Sahibkaram

Mağaza sahibi və ya satıcı (reseller): məhsulları, sorğuları və satışları idarə et.

Alıcıyam

MySell ID ilə endirim kodlarını, loyallıq kartını və kuponlarını bir yerdə gör.

Demo

Demo istə

Mağazan üçün necə işlədiyini göstərək. Müraciəti burada qoy — komandamız səninlə əlaqə saxlayacaq.