DM bot
«Qiymət?» yazana bot qiyməti, ölçüləri və stoku anında DM-də göndərir — gecə də, bayramda da.
Səbət yığılır…
Hər gün sosial şəbəkələrdə minlərlə alıcı…
…və hamısı cavab gözləyir.
1 / 4 · Qiymət
Yoxsa DM‑ə yazıb qarşı tərəfin insafına qalırsan?
Püff. 🙄
Gəl MySell‑ə. Qiymət bizdə varsa, anında səndədir. Yoxdursa? Biz soruşarıq 😉
2 / 4 · Yorğunluq
Gecə saat 3‑də də. Bayramda da. Nahar edəndə də.
Barmaqlara yazıq deyil? 😮💨
MySell hər postu tanıyır: qiymət, ölçü, stok. 7/24 cavab verir, sən yatanda belə. Sən sadəcə sat 😎
3 / 4 · İtən müştəri
Və bir daha qayıtmadı. Tanış gəldi?
Bizdə getmir. 🔥
MySell maraqlanan alıcıya 24 saatlıq şəxsi endirim kodu göndərir. Kiçik bir QR bilet, və o qayıdır 🎟️
4 / 4 · Kor‑koranə satış
Təxminlə mağaza idarə olunmur.
Təxmin etmə. Bil. 🤓
Hər sual, hər maraqlanan alıcı, hər endirim kodu bir paneldə. Nə satır, görürsən. Nə satmır, onu da.
Son dayanacaq
Sosial şəbəkə mağazanı MySell‑ə qoş. Qiymət soruşanlara bot cavab versin, sən satışla məşğul ol.
Necə işləyir
Quraşdırma, kod, proqramçı lazım deyil. Hər şey paneldən bir neçə dəqiqəyə qurulur.
Mağazanın Instagram hesabını panelə bağla — DM-lər və şərhlər MySell-ə gəlsin.
Qiyməti, ölçüləri və stoku bir dəfə yaz, postu məhsula bağla.
Qiyməti və şəxsi endirim kodunu DM-də özü göndərir. Sən yalnız satışı təsdiqləyirsən.
Funksiyalar
Sual-cavabdan loyallığa qədər: istədiyin modulu aç, qalanı gözləsin.
«Qiymət?» yazana bot qiyməti, ölçüləri və stoku anında DM-də göndərir — gecə də, bayramda da.
Postun altına «+» və ya açar söz yazana avtomatik DM gedir; istəsən şərhə də cavab yazılır.
Alıcı şəxsi kod alır. Kassada kodu paneldə və ya telefon kamerası ilə yoxlayıb satışı təsdiqləyirsən.
Məhsula və ya kateqoriyaya müddətli endirim qoy — bot yeni qiyməti özü deyir.
Alıcı QR kart alır, alış etdikcə səviyyəsi qalxır və endirimi artır.
Hansı post soruşulur, kim kod aldı, kim aldı — çevrilmə bir baxışda.
«3 alış et» və ya «müəyyən məbləğə alış et» tapşırığı ver — tamamlayan mükafat kuponu qazanır.
Şəffaf çəkiliş keçir: iştirakçılar, qaliblər və mağazanın ictimai çəkiliş səhifəsi.
Satıcılar sənin məhsulunu öz səhifələrində satır, komissiya avtomatik hesablanır.
Yeni sorğu Telegram-a bildiriş kimi düşür; alıcı mağazaya WhatsApp linki ilə də yaza bilir.
Məhsul və mesajlar mağazanın seçdiyi dillərdə (AZ, EN, RU…) — alıcı dilini DM-də özü seçir.
Alıcı MySell ID ilə kodlarını, kartını və kuponlarını bir yerdə görür.
Panel
Sorğular, kodlar və satışlar bir yerdə. Telefondan da rahat işləyir.
Nümunə (test) məlumatları ilə çəkilmiş ekran görüntüləri — real müştəri məlumatı yoxdur.
Kimlər üçün
Instagram-da məhsul satan istənilən mağazaya. Ən çox bu sahələr istifadə edir:
Sahəni seç — demo müraciətində avtomatik qeyd olunur.
Tariflər
Bütün yeni hesablar Bürünc tarifdə açılır. Limitlər hər mağaza üçün ayrıca sayılır; limit dolanda məlumatların silinmir.
Pulsuz
Qiymət tezliklə
Qiymət tezliklə
Gümüş və Qızıl tariflərin qiyməti tezliklə açıqlanacaq. Maraqlanırsansa, aşağıdakı formadan yaz.
FAQ
Xeyr. Şifrəni MySell-ə vermirsən: hesab rəsmi Instagram (Meta) qoşulması ilə bağlanır. Qoşulmanı istənilən vaxt Instagram parametrlərindən ləğv edə bilərsən.
Bürünc tarif pulsuzdur və bütün yeni hesablar onunla açılır. Gümüş və Qızıl tariflərin qiyməti tezliklə açıqlanacaq.
Bəli. Mağazanın öz Instagram hesabını panelə qoşursan; bot alıcılara sənin mağazanın məhsulları və qiymətləri ilə cavab verir. Qoşulma addımlarını panel özü göstərir.
Telegram-da yeni sorğular barədə bildiriş alırsan, alıcılar da Telegram bot ilə yaza bilir. WhatsApp-da hazırda alıcı mağazaya «yaz» linki ilə müraciət edir.
Satıcı MySell-də öz satış mağazasını açır və sənə tərəfdaşlıq sorğusu göndərir. Təsdiqləyəndən sonra sənin məhsullarını öz səhifəsində satır; satışlar və komissiya hər iki paneldə görünür.
Avropa İttifaqındakı serverlərdə. Məlumatlar üçüncü tərəflərə satılmır; silinmə qaydası «Məlumatların silinməsi» səhifəsindədir.
Xeyr. Alıcı Instagram-da adi qaydada yazır, cavabı və kodu DM-də alır. İstəsə MySell ID ilə kodlarını, kartını və kuponlarını bir yerdə görür.
Mağaza sahibi və ya satıcı (reseller): məhsulları, sorğuları və satışları idarə et.
MySell ID ilə endirim kodlarını, loyallıq kartını və kuponlarını bir yerdə gör.
Demo
Mağazan üçün necə işlədiyini göstərək. Müraciəti burada qoy — komandamız səninlə əlaqə saxlayacaq.