MySellAZENRU
← Help center · Instagram & channels

Bot müştərinin DM-lərinə necə cavab verir

Bot müştərinin qiymət sualını iki yolla tanıyır: müştəri postu DM-də paylaşanda və ya məhsul kodunu yazanda (məs. MS-XXXXX).

Müştəri nə edir

  1. Postun altındakı ✈️ Paylaş düyməsi ilə postu söhbətə göndərir, ya da məhsul kodunu yazır.
  2. Bot bir neçə saniyəyə təklif göndərir: məhsulun adı, qiyməti, endirim varsa endirimli qiymət.

Bir mesajda bir neçə məhsul kodu yazılarsa, mövcud məhsullara cavab verilir, tapılmayan kodlar keçilir.

Təklifdəki düymələr

Instagram-ın kompüter (veb) versiyası düymələri göstərmir. Ona görə təklifdə "Kompüterdən:" linki də olur — həmin səhifədən də kod almaq mümkündür.

Müştəri sadəcə "salam" yazanda

Bot qısa ipucu göndərir: postu paylaşmağı və ya məhsul kodunu yazmağı təklif edir. Təkrar salamlara qısa müddət ərzində yenidən cavab verilmir (spamın qarşısını almaq üçün).

Post məhsula bağlı deyilsə

Mağazanızın postu heç bir məhsula bağlanmayıbsa, bot qiymətin hələ əlavə olunmadığını bildirir. Telegram bağlıdırsa, sizə də bildiriş gəlir (Set edilməmiş post soruşulanda).

24 saat qaydası

Instagram qaydasına görə bot müştəriyə yalnız müştəri son 24 saatda yazıbsa mesaj göndərə bilər. Bot ilk mesajı özü yaza bilmir.

Updated: 2026-10-18