Mağazanın dilləri və AI tərcümə
Bot müştəriyə mağazanızın seçdiyi dillərdə cavab verə bilər. Müştəri dili DM-də 🌐 düyməsi ilə bir dəfə seçir.
Dilləri seçmək
- Parametrlər → Dillər bölməsinə keçin.
- Mağazanın dillərini seçin — ən çox 5 dil, Azərbaycan dili daxil.
- Defolt dil seçin.
- Yadda saxlayın.
Bu parametrləri yalnız mağaza sahibi dəyişə bilər.
Mətnləri tərcümə etmək
Məhsul, şablon və post cavabı formalarında dil tabları var. AZ mətni məcburidir, digər dilləri:
- özünüz yaza bilərsiniz;
- AI ilə tərcümə et düyməsi ilə doldura bilərsiniz.
AI ilə doldurulmuş sahədə xüsusi nişan görünür. Mətni redaktə etsəniz nişan götürülür. AI tərcümədən sonra formanı yadda saxlamağı unutmayın.
Avtomatik AI tərcümə
Parametrlər → Dillər-də Avtomatik AI tərcümə açarı var. Açıq olduqda məhsul, şablon və post cavabı yadda saxlananda boş qalan dillər arxa planda AI ilə doldurulur. Sizin yazdığınız mətnlərə toxunulmur.
AI tərcümə müvəqqəti əlçatan olmaya bilər — bu halda ekranda "AI tərcümə hazırda aktiv deyil" yazılır.
Tərcümə yoxdursa
Tərcüməsi boş qalan sahələr mağazanın defolt dilindəki, o da yoxdursa AZ mətnlə göstərilir.
AZ mətnini dəyişəndə əvvəlki tərcümələr köhnəlmiş kimi işarələnə bilər — onları yoxlayın.
Yenilənib: 2026-10-18