Instagram hesabını qoşmaq: DM kodu və OAuth
Instagram hesabını mağazaya iki yolla qoşmaq olar. Hər mağazaya yalnız bir Instagram hesabı bağlana bilər.
1. DM kodu ilə (ortaq bot)
- Parametrlər → Instagram bölməsinə keçin.
- Yeni hesab bağla düyməsini basın — ekranda kod görünəcək.
- Kodu kopyalayın və öz Instagram hesabınızdan @mysell_az səhifəsinə DM-də göndərin.
- Bot sizə 6 rəqəmli OTP kodu qaytarır.
- Həmin kodu paneldə yazıb Təsdiqlə basın.
Bu üsulda müştərilər qiyməti @mysell_az botuna yazaraq soruşurlar: postunuzu bota paylaşır və ya məhsul kodunu yazırlar.
2. OAuth ilə (mağazanın öz hesabı)
OAuth-da bot sizin öz Instagram hesabınızın DM-lərinə cavab verir. Bunun üçün hesab Professional (Biznes və ya Yaradıcı) olmalıdır. Qoşmaq üçün Instagram postları səhifəsində Instagram hesabını qoş (OAuth) düyməsini basın və Instagram-ın icazə ekranında bütün icazələri təsdiqləyin.
OAuth qoşulması Meta-nın icazə yoxlamasından asılıdır. Alınmasa, DM kodu üsulu ilə işləməyə davam edə bilərsiniz.
OAuth ilə qoşulmuş hesab üçün əlavə imkanlar var: Şərh trigger-ləri və postların avtomatik siyahısı.
OAuth ilə yenidən qoş
Mesajlar gəlmirsə və ya icazələr dəyişibsə, Parametrlər → Instagram-da hesabın yanındakı OAuth ilə yenidən qoş düyməsini basın. Token, icazələr və qoşulma vaxtı yenilənir.
Başqa hesab bağlamaq
Mağazada artıq hesab varsa, yenisini bağlamaq üçün əvvəlcə mövcud hesabı silin (zibil qutusu ikonu).
Updated: 2026-10-18