MySellAZENRU
← Kömək mərkəzi · Başlanğıc

Mağaza yaratmaq: növ, ad və fəaliyyət sahəsi

Paneldə bütün iş mağaza üzərində qurulur: məhsullar, Instagram hesabı, Telegram bildirişləri və kodlar mağazaya aiddir.

Mağaza yaratmaq

  1. Girişdən sonra Mağazalarınız ekranında İlk mağazanı yarat (və ya yeni mağaza) düyməsini basın.
  2. Mağaza növünü seçin:
  1. Mağaza adı yazın (məsələn, "Leyla Boutique").
  2. Fəaliyyət sahəsi seçin — ən çox 3 sahə. Siyahını MySell komandası idarə edir, yeni sahə əlavə etmək olmur.
  3. İstəsəniz Açıqlama sahəsində mağazanız haqqında qısa məlumat yazın.
  4. Yadda saxlayın.

Xoş gəldiniz səhifəsi

Mağaza yaradılan kimi Başlanğıc bələdçisi açılır. Burada 4 addım var:

  1. Instagram-ı qoşun.
  2. Məhsul əlavə edin.
  3. Postu məhsula bağlayın.
  4. Kodu mağazada təsdiqləyin.

Həmin səhifədə Materiallar bölməsi də var: "MySell burada keçərlidir" şəkillərini AZ/EN/RU dillərində PNG kimi yükləyə bilərsiniz. Bu səhifəyə sonradan Parametrlər → Materiallar ilə qayıtmaq olar.

İşçilər

Mağaza redaktəsində İşçilər bölməsi var: istifadəçi username-i ilə işçi və ya menecer əlavə edə bilərsiniz. Bəzi parametrləri (məsələn, WhatsApp nömrəsi, dillər) yalnız mağaza sahibi dəyişə bilər.

Yenilənib: 2026-10-18