WhatsApp nömrəsini əlavə etmək və təsdiqləmək
Müştərilər sizinlə Instagram-dan başqa WhatsApp-da da əlaqə saxlaya bilər. Bunun üçün mağazaya WhatsApp nömrəsi əlavə edin.
Nömrəni əlavə etmək
- Parametrlər → WhatsApp bölməsinə keçin.
- Nömrəni yazın (məs. +994 50 123 45 67). 050…, (055)…, +994… kimi yazılışlar avtomatik vahid formata salınır.
- Yadda saxlayın.
Bir mağazanın bir WhatsApp nömrəsi olur — yeni nömrə köhnəni əvəz edir. Nömrəni yalnız mağaza sahibi dəyişə bilər.
Təsdiq
Nömrə müştərilərə yalnız təsdiqləndikdən sonra göstərilə bilər. Təsdiq yolları:
- Nömrə profilinizdəki SMS ilə təsdiqlənmiş telefonla eynidirsə — dərhal təsdiqlənir.
- Paneldə SMS kodu göndərmə düyməsi aktivdirsə — telefona gələn 6 rəqəmli kodu yazırsınız.
- Əks halda nömrəni MySell komandası təsdiqləyir. Bu müddətdə status "təsdiq gözləyir" olur.
Müştərilərə göstər
Təsdiqdən sonra Müştərilərə göstər açarını yandırın. Açıq olduqda:
- təklif mesajında WhatsApp linki olur;
- «Mağazaya yaz» səhifəsində WhatsApp-da yaz düyməsi görünür.
Müştəri linkə basanda WhatsApp hazır mətnlə açılır: məhsulun adı, qiyməti, kodu və post linki.
Kliklərin sayı İnsights-də görünür.
Updated: 2026-10-18