İlk məhsulu əlavə etmək
Bot müştəriyə yalnız paneldə olan məhsulun qiymətini deyə bilər. Ona görə ilk addım məhsulu əlavə etməkdir.
Addımlar
- Sol menyuda Məhsullar → Bütün məhsullar bölməsinə keçin.
- Yeni məhsul düyməsini basın.
- Əsas şəkil yükləyin — bir neçə şəkli eyni anda seçə və ya sürükləyib buraxa bilərsiniz.
- Ad yazın (AZ mətni məcburidir).
- Satış qiyməti (AZN) və Stok sayı daxil edin.
- Endirim varsa Endirim açarını yandırın və Endirim qiyməti (AZN) yazın. İstəsəniz Endirim bitmə vaxtı (Bakı vaxtı) da seçin.
- Kateqoriya seçin (ana kateqoriya, sonra alt kateqoriya).
- Yadda saxlayın.
Faydalı sahələr
- Məhsul kodu — boş qoysanız, sistem avtomatik kod yaradır (MS-XXXXX formatında). Müştəri bu kodu DM-də yazanda təklif avtomatik gedir. Ətraflı: Məhsul kodu.
- Açıqlama və Avtomatik cavab mətni — mağazanızın dillərində ayrıca yazıla bilər.
- Ətraflı xüsusiyyətləri (məs. "Material: Pambıq") — müştəri DM-də "Ətraflı" düyməsini basanda göndərilir.
- Seçimlər (ölçü, rəng…) — əvvəlcə seçim siyahısı yaratmaq lazımdır, bax Seçim siyahıları.
Stok
Stok 0 olan məhsul kartında "Stokda yoxdur" kimi göstərilir. Stoku vaxtında yeniləyin ki, müştəriyə düzgün məlumat getsin.
Növbəti addım
Məhsulu Instagram postu ilə əlaqələndirin ki, müştəri postu paylaşanda bot onu tanısın: Postu məhsula bağlamaq.
Yenilənib: 2026-10-18