MySellAZENRU
← Центр помощи · Начало работы

İlk məhsulu əlavə etmək

Bot müştəriyə yalnız paneldə olan məhsulun qiymətini deyə bilər. Ona görə ilk addım məhsulu əlavə etməkdir.

Addımlar

  1. Sol menyuda Məhsullar → Bütün məhsullar bölməsinə keçin.
  2. Yeni məhsul düyməsini basın.
  3. Əsas şəkil yükləyin — bir neçə şəkli eyni anda seçə və ya sürükləyib buraxa bilərsiniz.
  4. Ad yazın (AZ mətni məcburidir).
  5. Satış qiyməti (AZN) və Stok sayı daxil edin.
  6. Endirim varsa Endirim açarını yandırın və Endirim qiyməti (AZN) yazın. İstəsəniz Endirim bitmə vaxtı (Bakı vaxtı) da seçin.
  7. Kateqoriya seçin (ana kateqoriya, sonra alt kateqoriya).
  8. Yadda saxlayın.

Faydalı sahələr

Stok

Stok 0 olan məhsul kartında "Stokda yoxdur" kimi göstərilir. Stoku vaxtında yeniləyin ki, müştəriyə düzgün məlumat getsin.

Növbəti addım

Məhsulu Instagram postu ilə əlaqələndirin ki, müştəri postu paylaşanda bot onu tanısın: Postu məhsula bağlamaq.

Обновлено: 2026-10-18