MySellAZENRU
← Центр помощи · Начало работы

MySell-də qeydiyyat və ilk giriş

MySell Instagram-da satış edən mağazalar üçün paneldir: müştəri DM-də qiymət soruşanda bot onun yerinə cavab verir, məhsulun təklifini və alış kodunu göndərir. İşə başlamaq üçün əvvəlcə hesab yaradın.

Qeydiyyat addımları

  1. panel.mysell.az/register səhifəsini açın.
  2. Ad Soyad, Email və Şifrə sahələrini doldurun. Şifrə ən azı 8 simvol olmalı, böyük və kiçik hərf, rəqəm içərməlidir.
  3. Qeydiyyatdan sonra e-poçtunuza təsdiq linki gəlir. Poçt qutunuzu açıb linkə klikləyin.
  4. Link sizi giriş səhifəsinə aparır — e-poçt və şifrənizlə daxil olun.

Təsdiq məktubu gəlməyibsə, qeydiyyat ekranındakı Yenidən göndər düyməsi ilə linki təkrar göndərə bilərsiniz. Spam qovluğunu da yoxlayın.

Şifrəni unutmusunuz?

Giriş səhifəsində şifrə bərpası linki var. E-poçtunuza şifrəni yeniləmək üçün link göndərilir.

Satıcı və alıcı hesabı fərqlidir

Bu qeydiyyat mağaza sahibi (satıcı) üçündür. Alıcıların ayrıca hesabı — MySell ID — var, onlar /buyer bölməsindən qeydiyyatdan keçirlər. Satıcı panelində alıcı hesabına keçid də göstərilir.

Növbəti addım

Girişdən sonra Mağazalarınız ekranı açılır. Hələ mağazanız yoxdursa, Mağaza yaratmaq məqaləsinə keçin.

Обновлено: 2026-10-18